Kamal Abdulla Pakistan səfiri ilə görüşdü
Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdulla Pakistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Bilal Haye ilə görüşüb.
Adalet.az xəbər verir ki, rektor səfiri rəhbərlik etdiyi ali təhsil ocağında görməkdən məmnun olduğunu deyib.
Kamal Abdulla bildirib ki, ötən görüşlərdə təməli atılan ideyalar artıq son mərhələdədir:
“İnanıram ki, universitetimizdə açılacaq Pakistan dil və mədəniyyət mərkəzinin açılışı Pakistanlı və Azərbaycanlı gənclər üçün, eyni zamanda, hər iki ölkənin alimləri üçün çox səmərəli fəaliyyətin başlanğıcı olacaq”.
Rektor ADU-da fəaliyyət göstərən dil və mədəniyyət mərkəzləri haqqında məlumat verib. Universitetdə 20-dən çox ölkənin dil və mədəniyyət mərkəzinin uğurlu işindən danışan Kamal Abdulla qeyd edib ki, Vətən müharibəsində Pakistanın Azərbaycana olan mənəvi dəstəyi bizim üçün çox əhəmiyyətlidir. Rektor yaxın günlərdə Şuşa şəhərində olan səfirdən təəssüratlarını bölüşməyini rica edib.
Səfir Bilal Haye rektora təşəbbüskarlığı, ideyaları dəstəklədiyi üçün təşəkkür edərək deyib: “Şuşa unudulmaz şəhərdir, möhtəşəm iqlimi var, bir gecə orada qalmaq bizim üçün unudulmaz xatirədir. Oradan Xankəndi də görünürdü, inanıram ki, tezliklə ora da öz sahiblərinə qayıdacaq. Mən Şuşadan bir videonu sosial şəbəkələrdə paylaşdım, geniş reaksiya doğurdu, eyni zamanda, ermənilərdən təhdid mesajları da aldım.”
Rektor öz növbəsində deyib ki, Azərbaycan tarixən multikultural ölkə olub, bizim torpaqlarda müxtəlif dillərin, dinlərin və irqlərin nümayəndələri həmişə birlikdə yaşayıblar:
“Siz bir də Qarabağa gedəndə oraların qısa zamanda necə dirçəldiyini görəcəksiniz”.
Kamal Abdulla bildirib ki, Azərbaycanda açılacaq Pakistan dil və mədəniyyət mərkəzi Pakistanın Azərbaycanda ilk mədəni məkanı olacaq və inanıram ki, öz fəaliyyəti ilə ölkəyə, regiona səs salacaq.
Görüşdə ADU-nun elmi işlər üzrə prorektoru, professor Novruz Məmmədov və beynəlxalq əlaqələr üzrə prorektoru, professor Jalə Qəribova müxtəlif istiqamətlərdə universitetlərarası əməkdaşlıqla bağlı fikirlərini bölüşüblər.
Qeyd edək ki, ADU-da fəaliyyətə başlayacaq Pakistan dil və mədəniyyət mərkəzinin ekvivalenti kimi Pakistanın ən böyük universitetlərindən biri olan Kəraçi Universitetində Azərbaycan dil və mədəniyyət mərkəzi açılacaq.
Digər Xəbərlər
18 Sentyabr 2026 15:37
Azərbaycan Universitetində Dövlət Suverenliyi Gününə həsr olunmuş tədbir
18 Sentyabr 2026 10:24
Lənkəran Dövlət Universiteti və Lənkəran Dövlət Peşə Təhsil Mərkəzi birgə kadr hazırlığına başladı
16 Sentyabr 2026 17:50
Türkiyə-Azərbaycan Universitetində Bilik Günü qeyd olundu
16 Sentyabr 2026 11:05
Nazir ƏMR İMZALADI: Yeni dərs ilində...
16 Sentyabr 2026 10:20
“Birinci sinfə gələn uşağın artıq illərlə formalaşmış dil təcrübəsi var”
15 Sentyabr 2026 16:20
LDU-da yeni tədris ilinə start verildi
15 Sentyabr 2026 12:35
Azərbaycan Universitetində 2026/2027-ci tədris ilinə start verilib
15 Sentyabr 2026 12:12


Bakı -°C

