Kamal Abdullayev yenidən Himayəçilər Şurasının sədri seçildi

Yanvarın 27-də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) Himayəçilər Şurasının yeni tərkibdə ilk iclası keçirilib. Azərbaycan Respublikası Administrasiyasının millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyevanın sədrliyi ilə keçən iclasda BBMM Himayəçilər Şurasının digər üzvləri – Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdullayev, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov, Azərbaycan Milli Tarix muzeyinin direktoru Nailə Vəlixanlı, Azərbaycanda Rus İcmasının sədri, millət vəkili Mixail Zabelin və Azərbaycan Rus Dram Teatrının bədii rəhbəri, xalq artisti Aleksandr Şarovski iştirak ediblər. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov qurumun 2022-ci il ərzində fəaliyyəti və 2023-cü il üçün görüləcək layihələr barədə geniş məlumat verib.
Toplantıda Prezidenti İlham Əliyevin 10 dekabr 2022-ci il tarixli Sərəncamı ilə təyin edilən Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilər Şurasının üzvləri Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdullayevi növbəti 4 il müddətinə yenidən sədr seçib. BBMM-in Himayəşilər Şurasının sədri Kamal Abdullayev göstərdikləri yüksək etimada görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Himayəşilər Şurasının üzvlərinə təşəkkürünü bildirib və ölkə başçısı tərəfindən Mərkəzin qarşısında qoyulan vəzifələrin bundan sonra da uğurla həyata keçiriləcəyinə əmin olduğunu ifadə edib.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin mətbuat xidməti
Digər Xəbərlər

Kuklaçılar beynəlxalq festivala gedir

Bu gün IX Muğam Televiziya Müsabiqəsi başlayır

Türk Mətbəxi Həftəsində “Türk Mətbəxinin Klassik Yeməkləri” nümayiş olunacaq - FOTOLAR

GƏNCLƏRLƏ GÖRÜŞ

Prezident və xanımı Ağdam Muğam Mərkəzinin açılışını ediblər - FOTOLAR + YENİLƏNİB

Bakı Xoreoqrafiya Akademiyasında Heydər Əliyevin xatirəsinə həsr olunmuş növbəti tədbir keçirilib

MAMA “Ana təbiət” sərgisinin Romada təqdimatı olub - FOTOLAR
