02 Avqust 2024 12:28
98
DÜNYA

Kamala Harrisə görə Tramp 900 milyon dollar itirib

Vitse-prezident Kamala Harris iyulun 21-də seçki kampaniyasına başladıqdan sonra keçmiş prezident Donald Trampın "Truth Social" sosial şəbəkəsindəki səhmləri 900 milyon dollar azalıb.

Adalet.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

"Trampın Truth Social şirkətindəki səhmlərinin dəyəri vitse-prezident Kamala Harrisin iyulun 21-də Ağ Evdə yüksək mövqe uğrunda mübarizəyə girməsindən sonra 900 milyon dollar azalıb", - hesabatda deyilir.

Əvvəl Trampın şirkətdəki əsas səhmlərinin dəyəri 4 milyard dollardan bir qədər çox idisə, indi 3,1 milyard dollara düşüb.