23 Oktyabr 2024 11:17
217
DÜNYA

Kamala Harrisi yüz minlərlə ukraynalının ölmündə günahlandırdı

Megaupload və Mega şirkətinin yaradıcısı, Kim Dotkom kimi tanınan sahibkar  Kim Şmits bəyan edib ki, ABŞ- vitse-ptezidenti, demokratlar partiyasından prezidentliyə namizəd Kamala Harris yüz minlərlə ukraynalının ölümündə günahkardır.

Bu barədə özünün X sosial hesabında yazan biznesmen qeyd edib ki, amerikan administrasiyası Ukraynadakı proksi- müharibəni uduzub. "Sizin ucbatınızdan yüz minlərlə ukraynalı həyatını itirib. Tramp, sizlərin yaratdığı problemlərdən danışır"-deyə Dotkom Harrisin məqaləsinə cavab olaraq bildirib. 

Bildirildiyi kimi Kamala Harris, məqaləsində qeyd etmişdi ki, Tramp boş-boş danışmağı sevir. "Ondan fərqli olaraq, mən seçki kampaniyasında verdiyim vədləri yerinə yetirəcəm".

Dotkom bəyan edib ki, Kamala Haris przident seçkilərində qələbə çalarsa, X sosial şəbəkəsinin sonu gələcək. Biznesmen daha sonra bildirib ki, ABŞ, NATO və Ukrayna, Rusiya ilə müharibədə uduzub. " Siyasətçilər Qərbi bu müharibəyə çəlb etdiklərinə görə, tezliklə buna görə cəzalarını çəkəcəklər".

 Rüstəm Hacıyev