Kamran Əliyev Keniyada Azərbaycanda cinayətkarlıqla mübarizə tədbirlərindən danışıb
Baş prokuror Kamran Əliyev Keniyada cinayət təqibinə qədər terrorçuluğun qarşısının erkən alınması üzrə milli yanaşmalara həsr olunmuş əsas sessiyaya sədrlik edib.
Adalet.az xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.
Bildirilib ki, iclasda radikallaşmanın qarşısının alınması və terrorçuluğun yaranma səbəblərinə erkən müdaxilə mexanizmlərinin tətbiqi məsələləri müzakirə olunub.
Kamran Əliyev Azərbaycanın terrorçuluq, terrorçuluğun maliyyələşdirilməsi və transmilli mütəşəkkil cinayətkarlıqla mübarizə sahəsində beynəlxalq əməkdaşlığa daim xüsusi önəm verdiyi vurğulayıb. Bu istiqamətdə Azərbaycanda həyata keçirilən ardıcıl tədbirlər barədə məlumat verib.
Sessiyada Uqandanın Baş prokuroru Ceyn Abodo, Cənubi Avstraliya ştatının Baş prokuroru Martin Kinton və Böyük Britaniya Ali Komissiyasının Nayrobidəki müşaviri Cenifer Ridel çıxış ediblər. Panel müzakirələrində radikallaşma və zorakı ekstremizmin qarşısının alınması sahəsində prokurorluq orqanlarının tətbiq etdiyi preventiv müdaxilə mexanizmləri üzrə milli təcrübələr bölüşülüb.
Konfrans çərçivəsində Baş prokuror Birləşmiş Krallıq, Avstraliya, Uqanda, Tanzaniya, Zimbabve, Seyşel Adaları və digər ölkələrin baş prokurorları ilə ikitərəfli görüşlər keçirərək cinayətkarlıqla mübarizədə təcrübə mübadiləsi, hüquqi əməkdaşlığın və müqavilə-hüquq bazasının genişləndirilməsi imkanları barədə müzakirələr aparıb.
Azərbaycan nümayəndə heyətinin Keniyaya işgüzar səfəri başa çatıb.
Qeyd edək ki, iyunun 10-da Mombasa şəhərində Millətlər Birliyinə (Commonwealth of Nations) üzv ölkələrin baş prokurorlarının 23-cü Konfransı keçirilib.
Digər Xəbərlər
27 Dekabr 2025 11:40
“Dövlət qayğısı ölkədə sağlam həyat tərzinə və idmana marağı artırır”
27 Dekabr 2025 11:39
“Rusiya buna görə Azərbaycana kompensasiya ödəmir...” - Politoloq
26 Dekabr 2025 20:00
"Erməniəsilli şəxslərin azad olunmaları ilə bağlı qərarları bizə qəbul etdirmək mümkün deyil" - Nazir
26 Dekabr 2025 18:51
Patriarx Kirill İlham Əliyevi təbrik etdi
26 Dekabr 2025 18:23
Nazir "qara siyahı"ya salınan şəxslərin sayını açıqladı
26 Dekabr 2025 18:17
Prezident İrəvandakı konfransa qatılacaq? - AÇIQLAMA
26 Dekabr 2025 17:36
Milli Məclisin son iclasının gündəliyi açıqlanıb
26 Dekabr 2025 17:12


Bakı -°C

