Kanada ilə ilk siyasi məsləhətləşmələr keçirildi
Bakıda Azərbaycan və Kanada xarici işlər nazirlikləri arasında ilk siyasi məsləhətləşmələr keçirilib.
Adalet.az xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb.
Bildirilib ki, Azərbaycan nümayəndə heyətinə XİN-in Amerika İdarəsinin rəisi Esmira Cəfərova, Kanada nümayəndə heyətinə isə XİN-in Şərqi Avropa və Avrasiya Departamentinin icraçı direktoru Andreas Veyçert rəhbərlik edib.
Məsləhətləşmələr zamanı iki ölkə arasında siyasi əlaqələrin inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb, davamlı siyasi dialoqun təşviqi məqsədilə qarşılıqlı səfərlər və beynəlxalq tədbirlər çərçivəsində təmasların önəmi vurğulanıb. İkitərəfli münasibətlərdə gərginlik yaradan məqamlardan və addımlardan çəkinilməsinin əhəmiyyəti diqqətə çatdırılıb.
İqtisadi sahədə əməkdaşlıq kontekstində ikitərəfli ticarət dövriyyəsinin artırılması, habelə enerji, nəqliyyat, yüksək texnologiyalar və digər sahələrdə birgə layihələrin həyata keçirilməsi imkanları müzakirə edilib.
COP29 çərçivəsində Kanada tərəfi ilə uğurlu əməkdaşlığa xüsusi diqqət yetirilib. Azərbaycanın təşəbbüskarı və fəal iştirakçısı olduğu mühüm enerji, nəqliyyat və logistika layihələrinin reallaşdırılmasında ölkəmizin strateji rolu yüksək qiymətləndirilib. Eyni zamanda, təhsil, mədəniyyət, turizm sahələrində əməkdaşlığın xalqlararası əlaqələrin gücləndirilməsinə önəmli töhfə verəcəyi qeyd olunub.
Görüşdə, həmçinin postmünaqişə dövründə bölgədə mövcud vəziyyət, Ermənistan-Azərbaycan normallaşma prosesi və bu prosesə mane olan amillər, davamlı sülhün təmin edilməsi istiqamətində Azərbaycan tərəfindən atılan addımlar barədə məlumat verilib. Elləcə də işğaldan azad edilmiş ərazilərdəki mina problemi və orada həyata keçirilən irimiqyaslı bərpa-quruculuq işləri barədə ətraflı danışılıb.
Sonda tərəflər arasında regional və beynəlxalq gündəlikdə qarşılıqlı maraq kəsb edən mövzular ətrafında fikir mübadiləsi aparılıb.
Digər Xəbərlər
14 Dekabr 2025 10:45
Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışı əsl xilaskarlıq missiyası idi
14 Dekabr 2025 09:37
Ceyhun Bayramov pakistanlı həmkarı ilə müzakirə apardı
13 Dekabr 2025 18:40
"Zəngəzur dəhlizi eyni anda bir neçə strateji marşrutu birləşdirir" - Elçin Əmirbəyov
13 Dekabr 2025 10:00
Əliyevin liderliyi ilə çox vacib addımlar atılır - Türkiyə XİN
12 Dekabr 2025 15:09
Azərbaycan və Türkiyə qarşılıqlı hərbi təhlükəsizliyi möhkəmləndirəcək
12 Dekabr 2025 15:07
Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlandı
12 Dekabr 2025 14:39
MSK yenidən formalaşdırılacaq? - Məzahir Pənahovdan açıqlama
12 Dekabr 2025 12:35


Bakı -°C

