Kapitan:" Qazilərimizi 3 iyunda, ASK Arenada gözləyəcəyəm, dəstəyiniz önəmlidir"

“Qarabağ qazilərindən ibarət olan amputant futbol komandamız Türkiyənin komandası ilə yoldaşlıq görüşü keçiriləcək”.
Bunu Adalet.az-a açıqlamasında ehtiyatda olan kapitan, Azərbaycanın amputant komandasının üzvü Fərhad Əyyubov söyləyib.
- Cənab kapitan, Qarabağ qazilərindən ibarət olan amputant futbol komandamız fəaliyyəti haqqında qısa bir məlumat verərdiniz...
- Partlayıcı Sursatların Təhlükəsinə dair Maarifləndirmə və minadan zərərçəkənlərə qayğı göstərilməsi, onların daima mənəvi ruh yüksəkliyinin təmin olunması cəmiyyət olaraq hamımızın vəzifəsidir. Bu istiqamətində fəaliyyətin genişləndirilməsi və inkişaf etdirilməsi məqsədilə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) arasında Anlaşma Memorandumunun imzalandı. Anlaşma Memorandumunu AFFA-nın baş katibi Sərxan Hacıyev və Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri Vüqar Süleymanov imzaladı. Böyük bir kütlə tərəfindən sevilən və izlənən futbol idman növünə amputant vətəndaşlarımızı cəlb etmək çox vacibdir. Bu əlilliyi olan şəxslərdə özünəinamı artırır , onların əlilliyi olmayan şəxslərlə bərabərhüqüqlu olmasını təmin edir, amputant idmançını sosial-ictimai rifahının yaxşılaşdırılması dəstək olur.
- Hazırda mediamız komandamızın Türkiyənin komandası ilə yoldaşlıq görüşü keçirəcəyindən danışır...
- Bəli, yoldaşlıq görüşü iyunun 3-də Şəfa stadionunda (ASK Arenada) saat 17:00-da başlayacaq. Görüş ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunur. Oyuna giriş pulsuz olacaq.
-Media yazır ki, Azərbaycanda ilk dəfədir ki Türkiyə Azərbaycan amputant futbol komandaları qarşılaşacaq. Fərhad müəllim, komandanız məşqləri harda keçirir.
-Komandamız məşqlərini həmişə el arasında “Şəfa stadionu”kimi tanınan “ASK Arena”da, Qurtuluş-93”qəsəbəsinin stadionunda, Binəqədi İdman kompleksində keçirir.
- Yarışa cəmi 3 gün qalıb, Nə arzu edərdiniz komandanıza və qardaş komandaya ?
- Ən böyük arzumuz bu idman növünü Azərbaycanda inkişaf etdirmək və beynəlxalq yarışlarda ölkəmizi yüksək səviyyədə təmsil etdirməkdir. Qardaşlarımıza da Allah uğur versin. Fərqi yoxdur, onların uğuriu elə bizim uğurumuzdur.
Əntiqə Rəşid
Digər Xəbərlər

İlham Əliyev Vyetnam agentliyinə müsahibə verdi

Azər Badamov Rusiyadan deportasiyasından DANIŞDI - 4 saatdan sonra məni...
jpg-1746519948.jpg)
"Zimistan ay Zimistan, mənəm gəlmişəm qardaş, hardasan?" - MÜSAHİBƏ

Ramiz Alıyev: “İnsan alverinə qarşı mübarizədə Azərbaycan bir sıra ölkələr üçün nümunədir”
jpg-1746435535.jpg)
Akif Nağının Laçın təəssüratları: "Bizim zümrüd İsveçrəmiz..."

Əzimə AĞALAR: "Xatirələrə geri dönməyi heç sevmirəm" - MÜSAHİBƏ

İran Prezidenti Azərbaycan televiziyasına müsahibə verdi - VİDEO
