Kart məlumatlarını paylaşma! - DİN çağırış edir
Vətəndaşların bank kartlarına müxtəlif kiber üsullarla müdaxilə halları var. Bank kartının üzərində olan məxfi məlumatların naməlum şəxslərə verilməsi maliyyə itkisinə və kredit öhdəliklərinin yaranmasına səbəb olur.
Bu barədə DİN-in Mətbuat Xidmətindən Adalet.az-a bildirilib ki, CVV/CVC kodu, SMS vasitəsilə göndərilən OTP kodu, sizə məxsus digər sistemlərə giriş üçün lazım olan loqin və şifrələr, eləcə də kartın PİN kodu naməlum şəxslərə ötürüldüyü halda hesabdakı pul vəsaiti, yaxud hesabda pul olmadığı təqdirdə kredit vəsaiti oğurlana bilər
Bir daha vətəndaşlara şübhəli zənglərdən gələn cəlbedici qazanc, sığorta, viza işləri, bank hesablarının möhkəmləndirilməsi, mədaxil üzrə ödənişlərlə bağlı təkliflərə qarşı diqqətli olmaları tövsiyə edilir. Qəti şəkildə şəxsi bank məlumatlarınızı naməlum şəxslərə verməyin, təhlükə realdır.
Digər Xəbərlər
11 Noyabr 2026 12:58
Bəzi ərazilərdə qaz və işıq pulunda güzəşt təklif edilib
11 Noyabr 2026 12:34
"Nəsimi Musayev Köçəryanla yanaşı kamerada saxlanılır" - Anna Qriqoryan
11 Noyabr 2026 12:09
“Məşğul əhalinin 65 faizi əmək müqaviləsi olmadan çalışır”
11 Noyabr 2026 12:07


Bakı -°C

