"Kartdan karta" üsulu ilə işləyən daha 90 sahibkar cərimələndi
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti pərakəndə ticarət və iaşə obyektlərində nağdsız ödənişlərin kartdan-karta köçürülməklə həyata keçirilməsi hallarının qarşısının alınması məqsədilə nəzarət tədbirlərini davam etdirir.
Adalet.az xəbər verir ki, bu barədə qurumun yaydığı məlumatda qeyd edilib.
Bildirilib ki, son günlər ərzində Bakı şəhərində keçirilmiş nəzarət tədbirləri zamanı 90-dan çox belə obyektdə qanun pozuntularına yol verilməsi faktları aşkarlanıb. Qanun pozuntuları protokollaşdırılıb və müvafiq maliyyə sanksiyaları tətbiq olunub.
"Nağdsız ödənişlərin qəbulu yalnız POS-terminal vasitəsilə həyata keçirilməli və bu zaman vətəndaşlara POS-terminalın qəbzi ilə yanaşı nəzarət-kassa aparatının çeki də təqdim olunmalıdır", - deyə məlumatda vurğulanıb.
Digər Xəbərlər
18 Mart 2026 17:28
Azərbaycanın xarici dövlət borcu azalıb
18 Mart 2026 16:47
Azərbaycan əhalisinin gəlirləri artıb
18 Mart 2026 15:26
Nağd pulla ev alanlara bu qədər ƏDV qayıdıb
17 Mart 2026 17:45
ABŞ-dən Azərbaycana və əks istiqamətə pul köçürmələri artıb
17 Mart 2026 17:30
Vəfat edən şəxsin pensiya kapitalı vərəsəyə verilsin - TƏKLİF
17 Mart 2026 15:59
“AzerGold”un cari il üzrə Rəqəmsal Fəaliyyət planı təsdiq edilib
17 Mart 2026 13:01
Dövlət satınalmalarında şəffaflığın gücləndirilməsi təklif edilir
17 Mart 2026 10:00


Bakı -°C

