K.Behbudova:" Birliyimiz üzərinə düşən öhdəliyi layiqincə yerinə yetirdi"
“Bilirsiniz ki, Birinci Qarabağ müharibəsində itkin düşmüş 4 minə yaxın Azərbaycan vətəndaşının taleyi hələ də məlum deyil. Həmin itkin şəhid ailələri hələ də gözləri yolda əzizlərinin yolunu gözləyir.
Azərbaycan Ordusu Qarabağı işğaldan azad etdikdən sonra itkin ailələri öz doğmalarının heç olmasa , cəsədinin qalıqlarına qovuşmasını ümidlə gözləyirlər. Məsələn, avqust ayında Şuşa şəhərində birinci Vətən müharibəsindən sonra ermənilərin əsir götürdüyü 17 azərbaycanlının basdırıldığı kütləvi məzarlıq tapıldı. Kütləvi məzarlıq avqustun 1-dən 15-dək Şuşa həbsxanasının tullantı su quyusunda aparılan qazıntılar nəticəsində aşkarlandı. Xocalı rayonunda, Əsgəran qalasının yaxınlığında, Malıbəyli kəndində və sair işğaldan azad edilmiş ərazilərdə aşkar edilən məzarlıqlar təəssüf və kədər hissi yaratsa da, əslində bir itkin ailəsi üçün ümid işığıdır”.
Adalet.az xəbər verir ki, bu fikirləri “Qarabağ İtkin Ailələri” İctimai Birliyi Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “İtkin düşmüş Azərbaycan vətəndaşlarının hüquqlarının BMT müstəvisində müdafiəsi” layihəsinin növbəti iclası zamanı birliyin sədri Könül Behbudova deyib.
Məlumat üçün bildirək ki, 26 sentyabr 2024 cü ildə Qarabağ İtkin Ailələri İctimai Birliyi icra etdiyi layihə ilə bağlı tədbir keçirdi, tədbirdə 25 ə yaxın itkin ailəsinin üzvü, qonaqlar və jurnalist iştirak etdi. Tədbirdə QİA İB nin sədri Könül Behbudova çıxış etdi və Azərbaycanın azadlığı müstəqilliyi və ərazi bütövlüyü uğrunda camından keçən Şəhidlər bir dəqiqəlik sükutla anıldı.
iB nin sədr müavini İtkin Şəhidin həyat yoldaşı Cabbarova Fəridə, İtkin Şəhidin anası Mahuru Şahin, İtkin Şəhidin bacı Sevda İsayeva, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Mirzəyev və başqaları tədbirdə çıxış etdilər. İB Mətbuatla iş Şöbəsinin rəhbəri İtkin Şəhidin qızı Leyla Tofiqqızı layihə çərçivəsində təkmilləşdirilən veb saytın fəaliyyətinin vacib oldugu fikrin bildirdi. QİA İB nin itkin.az saytı haqqında proqramist Müşviq Quliyev danışdı və veb sayt proqramist tərəfindən nümayiş etdirildi.
K.Behbudova onu da bildirdi ki, İtkin düşmüş Azərbaycan vətəndaşlarının hüquqlarının BMT müstəvisində müdafiəsi” layihəsinin icrasını başa çatdırıb:” Layihə Bakı şəhərində icra edildi. Onu da əlavə edim ki itkin düşmüş ailələrinin üzvləri Bakı şəhərində daha çox yaşayırlar”.
Birliyin sədri başa çatan layihənin məqsədi ilə bağlı da tədbir iştirakçılarına açıqlama verdi:
” Layihənin məqsədi BMT-nin İnsan Hüquqları Şurasının Zorakı və qeyri-iradi itkindüşmələr üzrə işçi qrupunun (ZQİİQ) itkin düşmüş azərbaycanlılar üzrə məlumatlılığının artırılması və itkin düşmüş şəxslərin fundamental hüquqlarının qorumasıdır. Layihə Ermənistanın azərbaycanlılara qarşı hərbi təcavüzü nəticəsində itkin düşmüş kimi qeydə alınan Azərbaycan vətəndaşları haqqında, məlumatların daha çox həcmdə və məhz itkin düşənlərin ailə üzvlərini birləşdirən, onlar tərəfindən yaradılan ictimai birlik tərəfindən gösdərilməsini, BMT-nin İnsan Hüquqları Şurasının Zorakı və qeyri-iradi itkindüşmələr üzrə işçi qrupunun (ZQİİQ) mexanizmdən səmərəli istifadə olunması gözlənilir.
Burada məqsəd eyni zamanda Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsinda yaranmış humanitar problemlərin xüsusilədə itkin düşmüş səxslər məsələsinin Beynəlxalq İctimaiyyətin diqqətinə çatdırılmasıdır”.
Tədbirin sonunda xatirə şəkillər çəkildi.
Əntiqə Rəşid