Kəlbəcərdə hərbçilərimiz MİNAYA DÜŞDÜ - YENİLƏNİB
Kəlbəcərdə hərbi qulluqçuların minaya düşməsi ilə bağlı cinayət işi açılıb.
Bu barədə Adalet.az-a Baş Prokurorluqdan məlumat verilib.
Bildirilib ki, 5 hərbi qulluqçusunun mina partlayışı nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri almaları faktı üzrə Kəlbəcər hərbi prokurorluğunda araşdırma aparılır.
***
11:02
Kəlbəcərdə hərbi yük avtomobili minaya düşüb.
Müdafiə Nazirliyindən Adalet.az-a verilən xəbərə görə, avqustun 5-i saat 19:05 radələrində Kəlbəcər rayonu ərazisində təminat tapşırığı yerinə yetirərkən hərbi yük avtomobili Ermənistan silahlı qüvvələri tərəfindən basdırılmış minaya düşüb.
Baş vermiş partlayış nəticəsində xəsarət alan Azərbaycan Ordusunun dörd nəfər hərbi qulluqçusu yaxınlıqdakı tibb müəssisəsinə təxliyə edilib.
Onların həyatları üçün təhlükə yoxdur.
Faktla bağlı araşdırma aparılır.
***
2025/ 08/ 05
00:21
Kəlbəcərdə mina partlaması nəticəsində xəsarət alan hərbçilərin sayı 5-ə çatıb.
Adalet.az-ın Unikal-a istinadən məlumatına görə, rayonun Vəng kəndi ərazisində "Ural"markalı avtomobil tank əleyhinə minaya düşüb. Bu zaman avtomobildə olanlar - 29 yaşlı N.Nuruyev, 29 yaşlı M.Qarayev, 42 yaşlı R.İsmayılov, 38 yaşlı E.Əhmədov xəsarət alıblar. Onlar yaxınlıqdakı hərbi hospitala yerləşdiriliblər. Yaralılara dərhal yardım edilib. Hazırda vəziyyətlərinin orta-ağır olduğu bildirilir.
Hazırda hadisə yerinə adiyyatı qurumların əməkdaşları cəlb edilib.
Qeyd edək ki, minaya düşən "Ural" markalı avtomobil Azərbaycan Ordusuna məxsusdur. Xəsarət alanların hamısı hərbçidirlər. Faktla bağlı araşdırma aparılır.
22:22
Goranboy sakini Kəlbəcərdə minaya düşüb.
Adalet.az APA-ya istinadən xəbər verir ki, hadisə Kəlbəcər rayonu ərazisində qeydə alınıb.
Belə ki, Goranboy rayonunun Qazanbulaq qəsəbə sakini 1986-cı il təvəllüdlü E. Tanrıverdiyev Kəlbəcər rayon ərazisində minaya düşərək xəsarət alıb.
O xəstəxanaya yerləşdirilib. Hal-hazırda vəziyyətinin normal olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Digər Xəbərlər
24 Avqust 2026 10:16
15 yaşlı qızdan sonra qardaşının da meyiti göldən çıxarıldı
23 Avqust 2026 23:19
Bu ərazilərdə işıq olmayacaq
23 Avqust 2026 18:44
İsmayıllıda ağır qəza: xəsarət alanlar var
23 Avqust 2026 12:48
Xəzərdə qaldırıcı qurğu aşdı - İşçi öldü
23 Avqust 2026 11:41
Qazaxda iki minik avtomobili toqquşub, ölənlər var - YENİLƏNİB
22 Avqust 2026 10:53
Əməkdar jurnalist Nurani vəfat etdi
22 Avqust 2026 09:20
Əməliyyatdan sonra iflic olan Nigar vəfat etdi
21 Avqust 2026 18:20


Bakı -°C

