Kəlbəcərə dolu düşüb
Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Adalet.az-a verilən məlumata görə, avqustun 20-si günün ikinci yarısından bəzi rayonlarda arabir şimşək çaxıb, yağış yağıb. Ayrı-ayrı yerlərdə yağıntılar leysan xarakterli intensiv olub.
Düşən yağıntının miqdarı Şahdağda 18, Gədəbəydə 17, Daşkəsəndə 15, Qusarda 10, İsmayıllıda 6, Göygöldə 5, Xınalıqda (Quba) 4, Ağdam, Qəbələdə 3, Qaxda 2, Goranboy, Gəncə, Naftalan, Xaltan, Tovuz, Zaqatala, Tərtər, Bərdə, Yevlax, Kəlbəcər, Laçın, Qubadlı, Şuşa, Xankəndi, Xocalı, Füzulidə 1 mm-dək qeydə alınıb.
Avqustun 20-si saat 20:25-20:33 radələrində Kəlbəcər rayonu İstisu qəsəbəsinin Alagöllər ərazisinə diametri 8-10 mm olan dolu düşüb.
Şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 21, Culfada 19, Gəncədə 18, Şəmkir, Şabran, Naftalanda 16 m/s-yə çatır.
Digər Xəbərlər
21 Avqust 2026 12:41
Sabah 40° isti olacaq
21 Avqust 2026 10:59
İndiyədək Laçın rayonunda neçə nəfər məskunlaşıb?
20 Avqust 2026 14:10
Sabah 36 dərəcə isti olacaq
20 Avqust 2026 09:55
"Kubinka" sakinləri "Vialon" MTK-dan narazıdır - VİDEO
19 Avqust 2026 16:25
Bu ay 17 gün normadan çox isti olub
19 Avqust 2026 15:24
Boşanmaların ən yüksək olduğu rayon AÇIQLANDI
19 Avqust 2026 13:11
Prezident balaca Gülərin ailəsinə traktor hədiyyə etdi - VİDEO
19 Avqust 2026 12:05


Bakı -°C

