"Kubinka" sakinləri "Vialon" MTK-dan narazıdır - VİDEO
Bakının Nəsimi rayonu, Balababa Məcidov küçəsi, "Kubinka" adlanan ərazidə sakinlərlə "Vialon" MTK rəhbərliyi arasında münaqişə yaşanır. Buna səbəb şirkətin ərazidə bəzi evləri alaraq, söküntü işləri aparmasıdır.
Ərazidə bəzi sakinlərin evləri sökülüb, kompensasiya alıblar. Lakin kompensasiyanın məbləği ilə razılaşmayıb evlərini tərk etməyənlər də var.
Adalet.az Xəzər Tv-yə istinadən xəbər verir ki, sakinlər iddia edirlər ki, "Vialon" MMC onlara evlərinin hər kvadratmetri üçün 2500 manat təklif edir, ancaq bu məbləğ mənzilinin kvadratı az olan ailələrə sərf etmir. Şikayətçilər həmçinin söküntü işləri aparılandan sonra ərazidə təmizlik işləri aparılmadığını, səliqə-səhman yaradılmadığını bildirdilər.
Sakinlərin iddiaları ilə bağlı "Vialon" MTK heç bir məlumat verməyib.
Məsələ ilə bağlı Nəsimi Rayon İcra Hakimiyyətindən bildirildi ki, indiyədək həmin ərazidə bir neçə dəfə təmizlik işləri həyata keçirilib. Sakinlərin şikayəti ilə əlaqədar əraziyə yenidən baxış keçiriləcək.
Digər Xəbərlər
19 Avqust 2026 16:25
Bu ay 17 gün normadan çox isti olub
19 Avqust 2026 15:24
Boşanmaların ən yüksək olduğu rayon AÇIQLANDI
19 Avqust 2026 13:11
Prezident balaca Gülərin ailəsinə traktor hədiyyə etdi - VİDEO
19 Avqust 2026 12:05


Bakı -°C

