Kəmaləddin Heydərov belaruslu nazirlə görüşdü - FOTOLAR
Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində ölkəmizdə səfərdə olan Belarusun memarlıq və tikinti naziri Aleksandr Studnev ilə görüşüb.
Adalet.az xəbər verir ki, görüşdə Bakının uğurla ev sahibliyi etdiyi Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının əhəmiyyətinə toxunulub, bu mötəbər tədbirdə Belarus nümayəndə heyətinin iştirakının ölkələrimiz arasında sıx dostluq və əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsinə və təcrübə mübadiləsinin aparılmasına mühüm töhfə verəcəyinə əminlik ifadə olunub.
İki ölkə liderlərinin qarşılıqlı hörmətə və etimada əsaslanan uzaqgörən siyasəti sayəsində Azərbaycan və Belarus arasında münasibətlərin sürətlə inkişaf etdiyi vurğulanıb, bu çərçivədə tikinti və təhlükəsizlik sahəsində ölkələrimizin uyğun qurumları arasında əlaqələrin daha da genişləndirilməsi üçün böyük potensialın mövcud olduğu qeyd edilib.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Digər Xəbərlər
24 Iyun 2026 19:50
Azərbaycanla İran arasında yeni əməkdaşlıq perspektivləri müzakirə edilib
24 Iyun 2026 18:41
İraq Prezidenti İlham Əliyevi təbrik etdi
24 Iyun 2026 18:18
Əli Əsədov Numan Kurtulmuşla görüşdü
24 Iyun 2026 18:11
"Arzu edirəm ki, bölgədə heç bir müharibə olmasın" - İlham Əliyev
24 Iyun 2026 18:08
İlham Əliyev Bakıda Qalibafı qəbul etdi - FOTOLAR
24 Iyun 2026 18:06
"Fransa XİN-in əsassız cavablarını qətiyyətlə pisləyir və rədd edirik" - Rəsmi Bakı
24 Iyun 2026 17:44
Sahibə Qafarova türk həmkarı ilə görüşdü
24 Iyun 2026 17:20


Bakı -°C

