Kəmaləddin Heydərov Salyanda vətəndaşları qəbul etdi - FOTOLAR
Fövqəladə hallar naziri Kəmaləddin Heydərov 11 oktyabr 2025-ci il tarixində Salyan şəhərində, Nazirliyin Muğan Regional Mərkəzinin binasında Salyan və Neftçala rayonları sakinlərinin qəbulunu keçirib.
Adalet.az xəbər verir ki, əvvəlcə, nazir K.Heydərov Ümummilli Lideri Heydər Əliyevin Regional Mərkəzin həyətində ucaldılmış büstünü ziyarət edərək önünə gül dəstəsi qoyub, əziz xatirəsini dərin ehtiramla yad edib.
Sonra fövqəladə hallar naziri tərəfindən qəbul edilən Salyan və Neftçala rayonları sakinlərinin müraciətlərinin əksəriyyəti yerindəcə öz həllini tapıb, bir sıra məsələlərlə bağlı qanunvericiliyə uyğun dərhal zəruri tədbirlərin görülməsi barədə Nazirliyin aidiyyəti strukturlarının rəhbərlərinə tapşırıqlar verilib.
Fövqəladə hallar naziri ilə yanaşı, nazir müavinləri, Nazirliyin müvafiq struktur bölmə və qurumlarının rəhbərləri də vətəndaşları qəbul edib.
Qəbula gələn vətəndaşlar onların müraciətlərinə yerində və operativ yanaşılması üçün yaradılan şəraitə görə ölkə Prezidentinə minnətdarlıq ediblər.
Digər Xəbərlər
08 Noyabr 2025 13:36
Mehriban Əliyevadan Zəfər muzeyi ilə bağlı paylaşım
08 Noyabr 2025 13:28
Liderlər paradda
08 Noyabr 2025 13:09
Bakıda hərbi parad başladı - CANLI
08 Noyabr 2025 12:41
Bütün şəhidlərimizin adları Zəfər muzeyindəki divara həkk edilib - FOTOLAR
08 Noyabr 2025 12:39
Prezident və birinci xanım Zəfər muzeyinin açılışını etdilər - FOTOLAR
08 Noyabr 2025 12:36
İlham Əliyev və Mehriban Əliyeva Şəhidlər xiyabanını ziyarət ediblər - FOTOLAR
08 Noyabr 2025 12:05
Prezident və xanımı Ulu Öndərin məzarını ziyarət ediblər - FOTOLAR
08 Noyabr 2025 11:41


Bakı -°C

