KƏNDDƏ FUTBOLA «SABAH»LA «KEŞLƏ»NİN OYUNUNDAN ÇOX AZARKEŞ GƏLMİŞDİ
Ağcabədinin Hacılar kəndində Birinci Qarabağ savaşının şəhidi Elşən Rüstəmovun şərəfinə futbol yarışı keçirilir. Yarışda 8 kəndin idmançıları mübarizə aparır. Hətta Ağdamın Hacılara bitişik kəndlərinin futbolçularını da dəvət ediblər.
Mən stadionda olanda Sarıcalı və Qaravəlli kəndləri yarışırdı.
İki maraqlı fakt. Birincisi, stadiona toplaşan azarkeşlərin sayı «Sabah»la «Keşlə»nin oyununa gələn tamaşaçılardan çox idi.
İkincisi, meydançanın otu payız olduğuna görə saralsa da, amma Tofiq Bəhramov adına stadiondan daha yaxşı vəziyyətdə idi.
Deyəsən, futboldan çox yazdım, qalanı qalsın sabaha.
Digər Xəbərlər
29 Aprel 2024 20:44