adalet.az header logo
  • Bakı -°C
11 Noyabr 2025 17:59
108
ƏDƏBİYYAT
A- A+

"KƏPƏZ" KOMANDASINDA SULAR DURULMUR, NİYƏ? - Vaqif TANRIVERDİYEV yazır

Bu günkü Kəpəz futbol komandasının özünə layiq məşqşisi, özünə layiq oyunçuları, özünə layiq azarkeşləri, özünə layiq də təəssübkeşləri var. Əl-ələ verib vəziyyətdən çıxmaq əvəzinə hamı giley-güzar edir, dahiyanə fikirlər söyləyir, təkliflər verirlər. Komandada rəhbərlik dəyişir, məşqçilərin biri gedir, biri gəlir, amma yenə köhnə hamam, köhnə tas, oyun səviyyəsi dəyişmir, komanda cədvəlin axırınvcı pilləsində öz yerini “möhkəmləndirib”. Hamı da vəziyyəti öz arşını ilə ölçür, fikir deyir, təklif irəli sürür. Bir tələbə yoldaşımız vardı, müəllimlər bizi tənbeh edib, öyüd-nəsihət verəndə ağız büzüb deyərdi, “Bay Allahını ...”çıxsın”, mən evdə kiçik qardaşlarıma bundan yaxşı məsləhət verirəm...

İndi komanda da vəziyyət belədir. Hamı dahiyanə fikirlər söyləyir, kəskin çıxışlar edir, etraz dalğası baş alıb gedir. Amma “gəlin məşqçili, oyunçulu, rəhbərli əl-ələ verib komandamızı düşdüyü vəziyyətdən çıxaraq deyən yoxdur. Bu dedi-qodular, söylənən fikirlər bizim təhsil illərində orta məktəb dərsliyində pus yazıçısı Krılovdan əzbərlədiyimiz, palçığa batmış arabanı ələlə verib çıxarmaq əvəzinə hərənin bir tərəfə dartığına gülən məhşur təmsili yada salır.