"Kəpəz"dən 16 mövsümün antirekordu

Misli Premyer Liqasının XVI turu lider dəyişikliyi ilə əlamətdar olub.
Adalet.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, “Araz-Naxçıvan” “Səbail” üzərində 2:0 hesablı qələbə ilə xallarının sayını 39-a çatdırıb. Bununla da Elmar Baxşıyevin komandası 1-ci pilləyə yüksəlib. Bir xal geri qalan “Qarabağ”ın ehtiyatda bir oyunu qalsa da, Naxçıvan təmsilçisi turu zirvədə bitirib.
Bu, ölkə çempionatları tarixində ilk belə hadisədir. “Araz-Naxçıvan” bunadək heç vaxt turu 1-ci yerdə bitirməyib.
Qeyd edək ki, Naxçıvan klubu Premyer Liqada 4-cü mövsümünü keçirir. Daha bir dəfə isə komanda yarışı başa vurmayıb.
Bundan başqa, XVI turda “Zirə”yə 0:4 hesabı ilə uduzan “Kəpəz” 39 qol buraxıb. Bu göstərici son 16 mövsümün antirekordudur. 2009-cu ildən indiyədək heç bir komanda ilk 16 oyunda bu qədər top buraxmayıb.
Hansısa komandanın daha çox qola üzülməsi sonuncu dəfə 2008/2009-cu illər mövsümündə təsadüf edib. Həmin vaxt “Bakılı” 16 görüşdə 41 dəfə topu qapısında görüb.
Qeyd edək ki, tarixin antirekordu isə 1996/1997-ci illər mövsümünün 16 turunda 82 qol (texniki məğlubiyyətə görə verilən 0:3 hesabı nəzərə alınmadan) buraxan “Şəmkir”ə məxsusdur.
Digər Xəbərlər

Türkiyə Superliqasında "Qalatasaray" turu itkisiz başa vurub

Kurban Berdiyevə güzəşt edilmədi

PSJ Barkola ilə müqaviləni uzadacaq

Messi Avropa klublarına qayıtmayacaq

Konfrans Liqasında yarımfinalçılar bəlli oldu

"Atletiko Madrid" Qrizmannla yeni müqavilə İMZALAYACAQ

UEFA Çempionlar Liqası: "Real" mübarizəni dayandırdı, "Arsenal" və "İnter" yarımfinalda
