21 Oktyabr 2024 15:06
376
ŞOU-BİZNES

Kərim Abbasov: “Həyat yoldaşım məni dəyişdi”

Müğənni Kərim Abbasov bu dəfə qalmaqalları ilə yox həyat yoldaşına etirafı ilə diqqət çəkib.

Adalet.az bildirir ki, o xanımını güclü qadın adlandırıb:

“Mən hər kəsin yadında dəli- dolu, hirslənəndə dünyanı dağıdan adam kimi qalmışdım. Məni xanımım dəyişdi. Yaxşı mənada məni dəyişməyə cəhd etdi və bu alındı.İnid başa düşürəm ki, ən birinci həyat yoldaşı ilə dost olmaq gərəkdir. O mənim başıma sığal çəkə- çəkə, gözəl sözlər deyə- deyə efirə göndərirdi. Efirdə çox əsəbiləşməməyi, hər şeyə həssas yanaşmamağı mənə aşılayırdı. Bilir ki, dəli- doluyam, acıqlı nəsə desə aləmi qatacam bir- birinə (gülür). Ona görə də həmişə məsələni daha sakit həll etməyə çalışır. Allah ondan razı olsun”.

Əntiqə Kərimzadə