Kəsəmənlilər ailəsində nə baş verir? - OLAY
Aktyor, şair Rəşat Kəsəmənli facebook hesabında ad çəkmədən qohumu gənc aktyor Cavidan Kəsəmənlini nankorluqda günahlandıırb:
R. Kəsəmənli, “İşiniz keçdiyi müddət "ƏMİ" dediklərinizə quyruğunuz qapı arasından çıxandan sonra "TANIMIRAM SƏNİ" deməyin! O qapıya bir də işiniz düşər haqqını halal etməz!” facebook hesabında yazıb.
Cavabı gecikdirməyən Cavidan Kəsəmənli qohumunun onun üzərində haqqı olmadığını qeyd edib:
O, “Özünü “əmi” sayan və bunu indi xatırlayan biri istehza ilə paylaşım edib düzgünlükdən halallıqdan danışır. Hər dəfə olduğu kimi öz publikasına oynamağa çalışır. Sənin heç vaxt üstümdə haqqın olmayıb. Elə göstərməyə çalışmısan sadəcə. Sən ümumiyyətlə özündən başqa heç kimi düşünəcək xarakterdə deyilsən. Kimlərisə inandıra bilərsən amma səni çox yaxından tanıyanları əsla…
Yad məsələlərə körpəni qarışdıran, özəl günlərdə özünü xəbərsiz aparıb ögey münasibət göstərən, tək qalmağıma səbəbkarlardan biri olaraq bunu hiss etdirməmək əvəzinə heç nə ilə maraqlanmayan biri məndən hansı üzlə sənin doğmanam deyə bilər?! Vallah, danışsam çox şey deyərəm inan açıqlamasını verə bilməyəcəksən. Əgər açıq danışaq deyirsənsə mən hazır. Hər şeyi açıq paylaşaq. Kartları açıq oynasaq sənə heç sərf eləməz,bilirsən. Mənə maraqlı deyilsən bəli, səni tanımıram. Necə ki sən özün tək qoyub məni tanımadın.” yazıb.
Adalet.az olaraq Rəşat Kəsəmənli ilə əlaqə saxladıq, aktyor bu barədə danışmaq istəmədiyini söylədi:
“Bu mövzuda hələ susuram, danışmaq istəmirəm, xanım”.
Qarşı tərəflə isə ümumiyyətlə, əlaqə yaratmaq mümkün olmayıb.
Əntiqə Kərimzadə
Digər Xəbərlər
07 Oktyabr 2026 14:29
Kimya üzrə Nobel mükafatı laureatları məlum oldu
06 Oktyabr 2026 15:19
Sea Breeze ərazisində ilk CineMastercard açılacaq
06 Oktyabr 2026 14:28
"44" bədii filminin daha bir tizeri yayımlanıb - VİDEO
06 Oktyabr 2026 11:36
"Şahənşah"-da Ədəbi Məclis
05 Oktyabr 2026 17:30
"Cənnətin iqamətgahı” filminin premyerası keçirilib - FOTOLAR
02 Oktyabr 2026 16:33
Xocalı Soyqırımı Memorial Kompleksi Mədəniyyət Nazirliyinin tabeliyinə verilib
02 Oktyabr 2026 00:00
“44” bədii filmi bu tarixdən kinoteatrlarda! - VİDEO
01 Oktyabr 2026 20:20


Bakı -°C

