Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri bu öhdəlikdən azad olur
Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri şəxsin həmin subyektlərdə həqiqi hərbi xidmətə (işə) qəbul olunmasından imtina edilməsi səbəblərini açıqlamaq öhdəliyi daşımayacaqlar.
Adalet.az xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” qanuna yeni maddə təklif edilib.
Dəyişikliyin əsas məqsədi həmin subyektlərdə fəaliyyət istiqamətlərinə uyğun olaraq konfidensiallığın qorunub saxlanılmasıdır.
Təklif edilən dəyişikliyə əsasən kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin əməkdaşlarının bilik və bacarıqlarının daha da təkmilləşdirilməsi məqsədilə Azərbaycanın kəşfiyyat və əks-kəşfiyyat subyektlərinin hüquqlarının genişləndirilərək xarici dövlətlərin xüsusi xidmət və hüquq mühafizə orqanları ilə müvafiq proqramlar çərçivəsində kadrların hazırlanması, təkmilləşdirilməsi və ixtisaslarının artırılması sahəsində də əməkdaşlığın həyata keçirilməsi nəzərdə tutulur.
Müzakirələrdən sonra dəyişiklik səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.
Nicat
Digər Xəbərlər
03 Fevral 2026 19:17
Azərbaycan və BƏƏ arasında hərbi əməkdaşlıq müzakirə olundu - FOTOLAR
03 Fevral 2026 18:50
Prezidentin izlədiyi təlimdən VİDEO
03 Fevral 2026 17:36
ABŞ ilə mədəniyyət sahəsində əlaqələr müzakirə edilib
03 Fevral 2026 17:34
Milli Məclisdə kibercinayətkarlıqla bağlı iclas keçirildi
03 Fevral 2026 15:56
Prezidentlər Əbu-Dabidə birgə əməliyyat-taktiki təlimini izləyiblər - FOTOLAR
03 Fevral 2026 14:50
Elmar Məmmədyarovun adı "Epşteyn" sənədlərində HALLANIB
03 Fevral 2026 11:58
“Birləşmiş Ərəb Əmirlikləri bərpaolunan enerji sahəsində ölkəmizdə böyük işlər görür”
03 Fevral 2026 11:41


Bakı -°C

