“Birləşmiş Ərəb Əmirlikləri Azərbaycanın qeyri neft-qaz ixracatında yeni strateji...”
“Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) işgüzar səfərə gələn Azərbaycan Prezidenti İlham Əliyevin Əmirliyin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanla görüşündə iki ölkə arasındakı strateji tərəfdaşlıq məsələləri müzakirə edilib.Prezidentlərin qarşılıqlı səfərləri ölkələr arasındakı strateji tərəfdaşlığın daha da güclənməsinə xüsusi töhvə verməkdədir”.
Adalet.az xəbər verir ki, bunu millət vəkili Vüqar Bayramov deyib.
O, bildirib ki, dövlətlər bütün sahələrdə, o cümlədən siyasi, iqtisadi, enerji, həmçinin bərpaolunan enerji, mədəni, humanitar və digər istiqamətlərdə güclü əməkdaşlıq qurublar:
“Strateji tərəfdaşlıq dövlətlər arasındakı ticarət dövriyyəsinə də müsbət təsirlərini göstərməkdədir. 2025-ci ilin ilk 11 ayında əvvəlki ilin uyğun dövrü ilə müqayisədə Azərbaycan ilə BƏƏ arasındakı ticarət dövriyyəsi 87 faiz artaraq 166.4 milyon dollara çatıb.Həmin müddətdə BƏƏ ilə ticarət əlaqələrində Azərbaycan 50 milyon dollara müsbət saldoya malik olub”.
İqtisadçının sözlərinə görə, BƏƏ Azərbaycanın qeyri neft-qaz ixracatında yeni strateji tərəfdaşa çevrilməkdədir:
“Belə ki, sözügedən dövrdə Azərbaycanın BƏƏ-ə ixrac etdiyi məhsulların 98 faizi qeyri neft-qaz məhsulları olub. Bu Azərbaycan sahibkarları üçün 106 milyon dollarlıq gəlir deməkdir.Əməkdaşlıq eyni zamanda qarşılıqlı sərmayə qoyluşlarında da özünü göstərməkdədir. Belə ki, BƏƏ Azərbaycanın yaşıl enerji sektorunda ən çox sərmayə qoyluşu həyata keçirən dövlətlərdəndir.Azərbaycan Prezidentinin səfəri iki ölkə arasındakı strateji münasibətlərin daha da dərinləşməsində yeni səhifə açacaq”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
03 Aprel 2026 17:19
QMİ sədrindən səfirə: İlham Əliyev ölkə ərazisinin İrana qarşı istifadə edilməyəcəyini dəfələrlə bəyan edib
03 Aprel 2026 16:53
“Ancaq belə savaşlarda Allah kimin yanındadırsa, o da qalib gələcək...”
03 Aprel 2026 16:26
Prezident bu şəxsləri təltif etdi - SƏRƏNCAM
03 Aprel 2026 12:05
"Vətən müharibəsindən sonra 421 mülki şəxs minadan zərər çəkib" - Hikmət Hacıyev
03 Aprel 2026 10:30
“Bu sözlər Paşinyana xəbərdarlıq mahiyyəti daşıyır...” – Politoloq
02 Aprel 2026 21:00
Pezeşkian İlham Əliyevə zəng etdi
02 Aprel 2026 17:43
BMT-də Azərbaycanın təşəbbüsü ilə qətnamə qəbul edildi
02 Aprel 2026 14:44


Bakı -°C

