01 Noyabr 2024 13:27
558
GÜNDƏM

Kilsələr ÜKŞ-ə çağırış etdilər: "COP-29 baykot etmək üçün dua günü... 

Erməni kilsəsi sülhə və sabitliyə qarşı hər zaman təbliğat aparıb və bu dəfə də haray-həşir salmaqda davam edir, şüvənlikləri ilə dünyanın diqqətini  Bakıda keçiriləcək COP-29 -a yönəltməyə çalışırlar.

Adalet.az xəbər verir ki, bütün ermənilərin katolikosu  II Qaregin  bütün dünya xalqlarını noyabrın 10-da erməni əsirlər üçün təşkil olunan duaya qoşulmağa çağırıb. Bəyanatda deyilir:

“Əminik ki, Ümumdünya Kilsələr Şurasının təşəbbüsü ilə keçirilən ümumi dua xristian icmalarının, diplomatik nümayəndəliklərin, medianın və bütün müvafiq beynəlxalq təşkilatların iştirakını təşviq edəcək.

...Biz ürəkdən ümid edirik ki, bu mənəvi səylər davam edən humanitar böhran haqqında qlobal məlumatlılığı artıracaq və həqiqətə və ədalətə əsaslanan sülh yolu ilə həllinə töhfə verəcək”.

"Bu çağırışa cavab olaraq, Ümumdünya Kilsələr Şurası (WCC) bütün xoşməramlı insanları sülhün bərqərar olması, sülhün bərqərar olması, sülhün bərqərar olması üçün Azərbaycanda keçirilən COP29 qlobal iqlim sammiti ərəfəsində noyabrın 10-da Ermənistana həsr olunmuş dua gününə qoşulmağa dəvət edir"-deyə   erməniu mediası yazır.

Yəqin ki, xatırlayırsınız, ötən il Ümumdünya Kilsələr Şurası (ÜKŞ) Mərkəzi Komitəsinin növbəti iclasının yekun sənədində birtərəfli xarakter daşıyan və erməni tərəfinin mənafelərinə xidmət edən bənd qəbul edildi. Məlumdur ki, belə bir bəndin qəbul olunmasında erməni kilsəsinin “xüsusi” rolu olub. Hələ 2022-ci ilin 31 avqust - 8 sentyabr tarixlərində Ümumdünya Kilsələr Şurasının 11-ci Asambleyasında da bu cür addım atılmışdı. Bunun ardınca ÜKŞ yenidən Mərkəzi Komitənin növbəti iclasının yekun sənədində birtərəfli xarakter daşıyan və erməni tərəfinin mənafelərinə xidmət edən bənd qəbul etdi. Bu anti-Azərbaycan mahiyyətli sənədlər Eçmiədzin və Kilikiya erməni kilsələrinin ÜKŞ-a müraciətləri və obyektiv olmayan, həqiqətdən uzaq məlumatları əsasında qəbul olunub. Bütün bunlar belə qənaətə gəlməyə əsas verir ki, ÜKŞ birtərəfli və qərəzli şəkildə erməni təəssübkeşliyi mövqeyindən çıxış edir. Eyni zamanda, ÜKŞ siyasi prosesləri dini müstəviyə çıxarmaqla öz nüfuzuna da xələl gətirir.

Avropa Şurasının baş katibi R. Prof. Doktor Cerri Pillay bütün kilsələri duaya qoşulmağa və davamlı dəstək üçün beynəlxalq ictimaiyyətə müraciət etməyə çağırıb.

“Biz Erməni Apostol Kilsəsi və Ermənistanın ekumenik tərəfdaşları ilə dua həmrəyliyimizi davam etdiririk” deyən doktor Cerri Pillai onların beynəlxalq humanitar və insan hüquqları qanunlarına uyğun olaraq ədalətli və davamlı sülhə çağırışlarını təkrarladı.

Noyabrın 10-da Cenevrədə, saat 17:00-da AİHM erməni icması ilə birgə Müqəddəs Pyotr kilsəsində fərdi dua mərasimi təşkil edəcək.

 

 Uzun özün qısası, it itin ayağını tapdalamayacaq, mütləq çağırışa cavab verəcək...

 Əntiqə Rəşid