""Kim güclüdür, o da haqlıdır" prinsipini əsas prinsip kimi qəbul ediblər" - Prezident
"Biz yeni müharibəyə hazırlaşmırıq. Bizim üçün müharibələr arxada qaldı".
Adalet.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciətində səsləndirib.
"Ancaq bugünkü dünyada hər bir ölkə ilk növbədə öz təhlükəsizliyi haqqında ciddi düşünməlidir. Bugünkü dünyada beynəlxalq hüquq normaları işləmir, “Kim güclüdür, o da haqlıdır” prinsipi əsas prinsip kimi bir çox ölkələr tərəfindən qəbul edilib. Bütün dünyada genişmiqyaslı silahlanma prosesi gedir. Belə olan halda, biz hər an öz ərazi bütövlüyümüzü, suverenliyimizi, öz seçimimizi layiqincə müdafiə etmək üçün hazır olmalıyıq. Vətən müharibəsi dövründə hərbçilərimizin peşəkarlığı, qəhrəmanlığı, fədakarlığı, xalqımızın yumruq kimi birləşməsi bizim Qələbəmizi şərtləndirdi. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Onların əziz xatirəsi bizim qəlbimizdə əbədi yaşayacaqdır", - deyə dövlət başçısı bildirib.
Digər Xəbərlər
31 Dekabr 2025 23:59
Prezident İlham Əliyev xalqa müraciət etdi - VİDEO + YENİLƏNİB
31 Dekabr 2025 15:40
İlham Əliyev bu il ərzində 309 tədbirdə iştirak edib
31 Dekabr 2025 13:45
Rusiya–Ukrayna müharibəsinin diplomatik həlli yoxdur - Politoloq
31 Dekabr 2025 10:10
XİN Həmrəylik Günü və Yeni il münasibətilə paylaşım edib
31 Dekabr 2025 10:00
Zəngəzur dəhlizi dünyanın ən yüksək tutumlu ticarət yolu olacaq
30 Dekabr 2025 21:15
“Dünya azərbaycanlıları Qələbədən sonra daha da güclənib”
30 Dekabr 2025 21:12
Prezidentdən bayram PAYLAŞIMI - FOTO
30 Dekabr 2025 16:53


Bakı -°C

