adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
10 Mart 2023 10:28
1604
MARAQLI

Kim Kardaşyanın "qədim erməni əriyi" ilə bağlı paylaşımı: "Mənim erməni tərəfim..." 

Ermənilərin görməmişcəsinə mənimsədiyi torpaq, bayraq, dil, əlifba, mahnı, musiqi, rəqs, yemək, geyim, tarix və tarixi şəxsiyyətlər, abidə- qalalar və başqa predmettlərlə yanaşı meyvə də var . Bu “ən qədim ermənilərin əriyi”dir. Erməni nəşrlərinin yazdığına görə, Ermənistan bütün dünyada “əriklər ölkəsi” kimi tanınır.

Guya ermənilərin əcdadları bu meyvə ilə ondan çox müxtəlif xəstəliklərin müalicə oluna biləcəyini iddia edib. Ermənilər iddia edir ki, əfsanəyə görə, ərik Nuh Peygənbərin(Patriarx Noy) sonradan insanları yenidən çoxaltmaq üçün gəmisində saxlayıb gizlətdiyi yeganə meyvə ağacı olub. Bilirsiniz də ermənilər 100 ildir bağırırlar ki, Nuh ermənidir.


Adalet.az xəbər verir ki, erməni mənşəli amerikalı porno-ulduz Kim Kardaşyan erməni lduğunu sərgiləmək üçün “qədim erməni əriyi ilə bağlı paylaşım edib. O, öz İnstaqram səhifəsində 60 milyon dollarlıq malikanəsinin bağını və ərik və nar ağaclarının tinglərini nümayiş etdirib.
Kim ərik ağacının fotosunu dərc edərək və Ermənistan bayrağı emojisini əlavə edib: “Mənim erməni tərəfim ərikləri necə yetişdirir?” yazıb.
Kim nar ağacının fotosunun yanına belə yazıb: “Və erməni tərəfi necə daha çox nar yetişdirir”.


Qeyd edək ki, ermənilər iddia edirlər ki, hətta ərik Avropaya Ermənistandan gəldi və buna görə də latınca elmi adı - Prunus armeniaca-dır. Bioloq De Poerderle 18-ci əsrdə yazırdı: Meyvənin adının mənbələrdə ən çox eramızdan əvvəl I əsrdə yayılıb. Romalı hərbi sərkərdə Lukullus əriyi “erməni alması” adlandırıb və bu meyvəni Ermənistandan Romaya aparıb. Bu və ya digər şəkildə Roma İmperiyasında ərik Roma-Parfiya müharibələrindən sonra meydana çıxdı və geniş yayıldı. Artıq tarixçi Qay Plini Böyük, botanikanın banisi Pedanius Dioskorides və yazıçı Lusius Kolumella ərikdən bəhs edir və onu “erməni alması” adlandırırlar”.

 Yeri gəlmişkən, Türkiyənin Ərciyəs Universitetinin professoru, tanınmış ermənişünas alim, siyasi şərhçi Qafar Çaxmaqlı bir açıqlamasını yada salaq:”Həqiqətən bu ölkədə hesab edənlər var ki, ermənilər dünyanın ən qədim xalqıdır, Nuh da erməni olmuşdur, hətta bizim hər zaman adını nifrətlə çəkdiyimiz Zori Balayan adlı şəxs Qarabağda bir toyda çıxış edib deyir ki, Allah da ermənidir, hətta Qarabağlıdır. Onun bu çıxışının videosu da var. Ermənistanda bir cəmiyyət var, adı "Erməni Arilər Cəmiyyəti"dir, onların saytı da var. Deyirlər ki, biz Ari irqdən gəlirik, dünyanın ilk insanı biz olmuşuq və bütün xalqlar bizdən törəmişdir... İndi siz deyin, bu xəstəliyin müalicəsi mümkün olacaqmı? Ermənistanın Talın bölgəsində (Talin deyil, Talın) "soyqırım" mesəsi salınmasına gəlincə, dediyimiz eyni səbəbdəndir ki, onlar bu addımı atırlar. Bu bir ideologiya deyil, heç siyasət də belə olmur. Talın əvvəla Azərbaycan türklərinin ən qədim məskənlərindən biridir və keçən əsrin əvvəllərində burada yaşayan xalqımıza qarşı əsl qətliamlar törədilib, təəssüf ki, bundan çox da bəhs edilmir. Ermənilərin buranı seçməsi də səbəbsiz deyil. Əkdikləri ağacı da siyasiləşdirərək özlərinin haqsız iddalarına vasitə seçmək yolu tuturlar. Belə bir millətlə bizim nə sözümüz ola bilər ki?.."


P.S.Nə deyək Allah adamın topluca ağlını alınca, topluca canını alsın....


Əntiqə Rəşid