adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
27 Mart 2023 11:35
788
MARAQLI

Kişi kimi get, qəhbəlik edib getmə - Zaur Əliyev yazır

Son vaxtlar No War, Artsax, Ermənilərə bacı, qardaş deyənlərin sayı artıb. Səbəb bilirsiz nədir?

Qərbin ölkəsində miqrant qəbul etməsi şərtləri dəyişir. Əvvələr siyasi baxışlarına, partiya üzvlüyünə, aksiyada döyülməyə görə oturum verirdilər.

Sonra etnik kimliyə görə. Məsəl üçün erməni əsilli olduğunu deyib yüzlərlə əsl azərbaycanlı oturum alıb.

Bir müddət cinsi azlığa görə oturum alırdılar..

İndi isə Azərbaycan müharibədə qalib olub və Qərb "dəyərləri" müharibə gedən ölkədə guya müharibə istəməyən, ermənilərlə birgə yaşamaq istəyib amma azərbaycanlılar tərəfindən "təhdid" alanlarla qapı açıb. Elə bilirsiz onlar bunu ürəkdən istəyir? Xeyir. Mediada çox yazı çıxsın, sosial mediada statuslara çox ağır şərhlər, söyüşlər, təhdidlər yazılsın deyə edirlər. Bunlar da bunun surətini çıxarıb Qərbə gedib desinlər ki, " ay kömək edin azərbaycanlılar bizi öldürür, yaşamağa qoymur" . Bu yazılar onların Green Cardıdı. Uzun illər vəkil işləmişəm, Avropa miqrant qanunlarını hər il oxuyuram, dəyişikliklər olanda bilirəm. Bu saat xaricdə yüzlərlə insanın hansı yollarla getdiyini əzbər bilirəm, elə şeylər var demək olmur . Məsələn Azərbaycanın tanınan mədəniyyət xadiminin nəvəsi Fransda erməni kimi sığınacaq alıb.

Anlayıram, bu ölkədə yaşamaq çox çətindir.. normal şərait olsa qərb tərəfdən çoxu gedər. Haqlıdırlar da. Yaşamaq olmur bu ölkədə. Amma siyasi get, sosial get, əmək miqrantı get, hər nə yolla olursa olsun get. Amma erməniyə bacı, qardaş deyib getməyin. Erməni dostu, tərəfdaşı kimi getmə. Ermənini haqlı kimi göstərib getmə. Erməni kimi getmə.

Kişi kimi get, qəhbəlik edib getmə.

Bunu elə bilirlər bilmirik.

Yadıma 10 il bundan öncə baş verən hadisə düşdü.

Biri Avropaya qaçmaq üçün aksiyalara gedir, şəkillər çəkdirir, statuslar yazıb hamını söyürdü. Buna görə neçə dəfə viza üçün müraciət elədi, vermədilər. İldən ilə bu nə etdi, xaricə gedə bilmədi. 8 il öncə Avropa LGBT üzvləri üçün şərait yaradanda bu özünü Gey kimi təqdim edib Rumıniyaya viza ala bildi. Orda təyyarədən düşüb polisə yaxınlaşıb özünü gey kimi təqdim edib, Azərbaycanda ölüm təhlükəsi ilə üzləşdiyini deyir. Polis bunu aparır miqrantlara kömək edən təşkilata. Bunu yaxşı qəbul edib, hörmətlə bir həftə qulluğunda dururlar.. Bu da sevinir ki, vəssalam. Artıq Avropada yaşayacaq.

Bir həftə sonra bunu aparılar Gey kluba. Deyirlər özünə partnyor seç, biz razı olmarıq ki, sənin tələbatın ödənilməsin. Əgər doğrudan da geysənsə özünə bir kişi seç, onunla 6 ay yaşa.. sonra bəyənməsən başqasın taparıq. Seçməsən demək sən bizi aldadırsan..

Nəisə 8 ildir o Rumuniyada yaşayır...