Ötən il 100 küçə uşağı aşkarlanıb
Ölkədə 2024-cü ildə davamlı olaraq aparılan monitorinqlərlə aşkarlanmış 100 küçə uşağından 86-nın ailəsinə səfər edilib.
Adalet.az xəbər verir ki, bu, İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatında əksini tapıb.
Bildirilib ki, baxımsız vəziyyətdə olan 5 uşaq Agentliyin sığınacağına, 1 uşaq körpələr evinə yerləşdirilib, 30 uşağın şəxsiyyətini təsdiq edən sənədlərin alınmasına dəstək verilib, təhsildən yayınan uşaqlar Elm və Təhsil Nazirliyinə, sağlamlıq problemləri ilə əlaqədar isə TƏBİB-ə yönləndirilib.
Digər Xəbərlər
21 Iyun 2026 17:16
Anar Ələkbərov Oğuzda şəhid ailəsinin qonağı oldu - FOTOLAR
21 Iyun 2026 16:31
Masazırda motosiklet sürücülərinə qarşı REYD - 45 nəfər saxlanıldı
21 Iyun 2026 12:24
Azərbaycana YAY GƏLDİ
20 Iyun 2026 16:22


Bakı -°C

