adalet.az header logo
  • Bakı -°C
19 Iyun 2026 15:58
76
MƏMLƏKƏT
A- A+

Ağdamdakı əmək yarmarkası: 160-dan çox vakansiya təqdim edildi

Ağdam şəhərində növbəti əmək yarmarkası təşkil olunub.

Adalet.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

Bildirilib ki, aktiv məşğulluq tədbirində dövlət və özəl sektordan olan 20-dək işəgötürən iştirak edib. Yarmarkada 160-dan çox vakansiya təqdim olunub.

Yarmarkaya qatılan vətəndaşlara vakansiyalar və iş öhdəlikləri haqqında məlumat verilib. Müraciət edən şəxslərin CV-ləri qəbul edilərək nəzərdən keçirilib, uyğun namizədlərin qeydiyyatı aparılıb.

Həmçinin iştirakçılara işğaldan azad olunmuş ərazilərimizdə icra olunan digər aktiv məşğulluq tədbirləri ilə bağlı məlumat verilib.