Kiyevə hava hücumu: ölənlər və xəsarət alanlar var

İyunun 17-ə keçən gecədən başlayaraq Ukraynanın paytaxtı Kiyev şəhəri çoxkombinasiyalı hava hücumuna məruz qalıb.
Adalet.az-ın Azərtac-a istinadla verdiyi məlumata görə, Rusiya silahlı qüvvələri ilkin olaraq kütləvi hücum dronlarından istifadə edib. Kiyevdə intensiv partlayış səsləri eşidilib. Daha sonra paytaxtda müxtəlif tipli raketlər atılıb. Bununla bağlı Kiyev şəhər Hərbi Administrasiyası vətəndaşları xəbərdarlıq edib.
Kiyev şəhər meri Vitali Kliçko bildirib ki, hava hücumu nəticəsində Kiyevin bir sıra yaşayış binalarında dağıntılar qeydə alınıb. Mülki şəxslər arasında ölənlər və xəsarət alanlar var. Fövqəladə Hallar üzrə Dövlət Xidməti, təcili yardım maşınları hadisə yerindədirlər.
Hazırda da Kiyevə hava hücumu davam edir.
Digər Xəbərlər

Yaşar Gülər rusiyalı həmkarı ilə İran-İsrail münaqişəsini müzakirə edib

Qətər XİN: İsrail İrana hücumla Qəzza ilə bağlı danışıqlar prosesini pozub

"Nüvə zərbəsi ilə İranı məhv edəcəklər" - Jirinovskidən proqnoz

İran televiziyasının baş ofisində yenidən yanğın başlayıb

"İran regionda qırmızı xətlərini qoruyub saxlayacaq" - Səfir

"Region heç vaxt əmin-amanlıq görməyə bilər" - Pezeşkian

İordaniya kralı: İsrailin İrana hücumları hamı üçün təhdiddir
