12 Iyun 2024 13:29
756
SİYASƏT

Kobaxidze  "Sakaşvilinin yolu"ndan imtina etdi: Diqqətlər Kremldə

Xəbər verdiyimiz kimi uzun müddətdir Gürcüstanda müzakirələr, mitinqlər, etiraz aksiyaları ilə müşayət olunan
"Xarici təsirin şəffaflığı haqqında" qanun layihəsi qəbul olunub.

Məhz bundan sonra ABŞ Gürcüstan rəsmilərinə sanksiya tətbiq edib.


Adalet.az xəbər verir ki, proseslər Gürcüstan hökuməti ilə Rusiya arasında diplomatik münasibətləri bərpa etmək üçün bir addım olub.
Gürcüstan mediası qeyd edib ki, Rusiya ilə münasibətləri düzəltmək üçün Rusiyadakı səfirliyə əlavə işçilər cəlb olunur.
Avropadan “qopmaq”a qərar vermiş Gürcüstanın Baş naziri İrakli Kobaxidze Avropa Parlamentinə keçirilən son seçkilərin AB-də demokratik böhranın əlamətlərini ortaya qoyduğunu vurğuladı. Bununla o, Avropa İttifaqının vədlərinə inanmadığını təsdiq etmiş oldu.

Aİ-nın “demokratiya” vədlərinə inanıb, qonşu Rusiyanı düşmən hesab edərək onunla döyüşməyin yaxşı nəticə verməyəcəyini anlayan Kobaxidze üzünü Avropadan çevirdi. Elə ona görə də  hələ 2008-ci ilin avqustunda Gürcüstan prezidenti
Mixail Saakaşvilinin  yürütdüyü siyasi xətti qəbul etmədi.

Yeri gəlmişkən bildirək ki, gürcü baş nazir ABŞ-ın "Xarici təsirin şəffaflığı haqqında" qanuna görə Tiflisə tətbiq etdiyi sanksiyalar qeyri-ciddi və təhqiredici hesab edib.

 P.S. Düşünürük ki, Gürcüstanın Baş naziri İrakli Kobaxidze belə mühüm qərar verməsində Ukraynanın hazırkı durumunun da böyük payı vardır.

 Əntiqə Rəşid