XİN: Azərbaycan beynəlxalq ictimaiyyəti mina təhlükəsinə qarşı səylər göstərməyə çağırır

Azərbaycanda ardıcıl iki gün baş verən mina partlayışları nəticəsində mülki şəxslər xəsarət alıb. Minaların partlaması Ermənistanın 1990-cı illərdən etibarən, xüsusilə 2020-ci il müharibəsindən sonra ərazilərə kütləvi şəkildə mina yerləşdirməsinin acı nəticəsidir.
Adalet.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "X" hesabında paylaşım edilib.
Rəsmi məlumata görə, 2020-ci ildən bəri mina partlayışları nəticəsində 397 azərbaycanlı həlak olub və ya ağır yaralanıb.
Minalar təkcə keçmiş döyüş bölgələrində deyil, yaşayış məntəqələrində, qəbiristanlıqlarda və mülki ərazilərdə də aşkarlanır. Bu isə beynəlxalq humanitar hüququn kobud şəkildə pozulması olmaqla yanaşı, köçkünlərin öz doğma yurdlarına təhlükəsiz qayıdışını da əngəlləyir.
Azərbaycan beynəlxalq ictimaiyyəti bu humanitar fəlakətə diqqət yetirməyə və mina təhdidinə qarşı birgə səylər göstərməyə çağırır.
Digər Xəbərlər

Azərbaycan və Pakistan XİN başçıları ECO Zirvəsinin təfərrüatlarını müzakirə ediblər

Yaşar Gülər: Türkiyə Cənubi Qafqazda sülh və sabitliyin qorunması üçün çalışır

Azərbaycan XİN-nin müavini İstanbulda COP29-un yekunları barədə danışıb
