Köçəryan:"Biz Qarabağa ancaq bu yolla qayıda bilərik"
Bu gün, fevralın 17-də Ermənistan Respublikasının ikinci prezidenti, Xocalı qatili Robert Köçəryan mətbuat konfransı keçirib.
Adalet.az xəbər verir ki, keçmiş qatil Qarabağı könüllü tərk edən ermənilərlə bağlı da fikir bildirib. Köçəriyan Qarabağlıları Qarabağa qaytarmağın yeganə görünən yolu 9 noyabr bəyanatına əməl etməyin olduğunu vurğulayıb:"Əgər Azərbaycan yol deyirsə, biz çox rahatlıqla deyə bilərik ki, bu yol üçtərəfli bəyanatda cəmi 1 nöqtədir. (Köçəriyan -7. Daxili məcburi köçkünlər və qaçqınlar Dağlıq Qarabağın ərazisinə və ətraf rayonlara BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Ofisinin nəzarəti altında geri qayıdır - bəndini nəzərdə tutur- red-Ə.R.) Əgər siz o bəyanata tam qayıtmağa hazırsınızsa, gəlin oturub müzakirə edək və Qarabağlıların Qarabağa qayıdışını danışıqlar prosesinə qaytara biləcəyimiz yeganə yer budur. Mən o fürsəti görürəm, imkandan istifadə etməli olduğumuz halda bunu etmirik, çünki bu hakimiyyət Qarabağlıların qayıtmasını istəmir, düşünür ki, bu, onların həyatını çətinləşdirə bilər”.
Köçəriyan bunun üçün beynəlxalq təşkilatların zəmaətinin olmasını da bildirib:"Qarabağlı erməni heç bir beynəlxalq zəmanət olmadan getməyəcək. Əgər söhbət geri qayıtmaqdan gedirsə, bu, müəyyən zəmanətlər paketini nəzərdə tutur ki, bu da müzakirə mövzusudur",
Köçəryan ATƏT-in fəallaşmasını da hazırkı hökümətdən tələb edilməsini önə çəkib:"Biz fəal şəkildə dəyişən dünya ilə qarşı-qarşıyayıq, nə baş verəcəyini heç kim dəqiq deyə bilməz, amma istiqamət bəllidir və bu müddət ərzində danışıqlar prosesinə dönməz itkilər gətirəcək addımların atılması axmaqlıqdır. ATƏT-in Minsk Qrupu nəyin bahasına olursa-olsun, qorunmalıdır"-deyə o fikrini aydın şəkildə izah edib.
Qeyd edək ki, hələ 2023-cü ilin antiterror əməlyyatından sonra Ermənistanın baş naziri Nikol Paşinyan canlı efirdə Ermənistan vətəndaşlarının və diaspor ermənilərinin suallarını cavablandırarkən dedi ki,bu gün bu insanların qayıdışı real olsaydı, onlar Qarabağı tərk etməzdilər.
Nikol Paşinyan Qarabağdan olan ermənilərin geri qayıtmaq üçün obyektiv imkanları və istəkləri olmadığı təqdirdə tezliklə Ermənistan vətəndaşlığı üçün müraciət edəcəklərinə və ölkədə həyata tam inteqrasiya edəcəklərinə ümid etdiyini bildirib:“Qarabağdan getmiş ermənilərin geri qayıtması beynəlxalq platformalarda müzakirə olunur, lakin bu gün bu qayıdış real deyil”.
Əntiqə Rəşid
Digər Xəbərlər
10 Noyabr 2026 18:27
Cəbrayılda Türkiyə-Azərbaycan Meşəçilik Kompleksi açıldı
10 Noyabr 2026 14:31
COP31 prezidenti Azərbaycanın iqlim prosesinə töhfəsini yüksək qiymətləndirib
10 Noyabr 2026 12:11
Səfərdən qayıdan sürücülərə - XƏBƏRDARLIQ - VİDEO
10 Noyabr 2026 11:08
İşsizlikdən sığorta ilə bağlı yeni qayda təklif edildi
10 Noyabr 2026 10:56
“Qonşuları onun vəfat etdiyini bir neçə gün gün sonra biliblər”
10 Noyabr 2026 10:31
Güclü küləkdə bayrağı xilas etməyə çalışan o imiş... - VİDEO
09 Noyabr 2026 19:46
Mehriban Əliyevadan səmimi PAYLAŞIM - VİDEO
09 Noyabr 2026 12:39


Bakı -°C

