02 Sentyabr 2024 14:47
203
GÜNDƏM

Köçəryanın "artsaxın müstəqilliyi" təbriki:Ermənilər qəzəbləndi

Ermənistanın keçmiş prezidenti, Ermənistanda “Qarabağ klanı”ın əliqanlı təşkilatçılarından hesab olunan Robert Köçəryan ötən il ləğv edilmiş qondarma artsaxın qurulması ilə bağlı təbriki erməniləri əsəbləşdirib.

Xüsusən, sonuncu, antiterror əməliyatından sonra Qarabağı könüllü tərk edən ermənilər Köçəryana Köçəriyanın :”Hörmətli artsax vətəndaşları, bacılar və qardaşlar, sizi Artsax Respublikasının Müstəqillik Günü münasibətilə təbrik edirəm” təbrikindən sonra media da bu təbriki diqqətdə saxlayıb.
Çünki həyat fəaliyyətini artsax respublikasının qurulmasına həsr edən Köçəriyan təbrikində soydaşlarına Qarabağa geri dönəcəkləri ilə bağlı heç bir arzu və istək , hətta pafoslu bir çağırış etməyib. Bu da indi də dünyaya “Azərbaycan dövləti bizi deportasiya etdi” yalanları ilə növbəti bir problemi sırımaqdaykən Köçəriyandan buna heç bir dəstək olmayıb. Köçəriyan hətta keşiş Baqrat qədər ürəkli olub, erməniləri öz yalanları ilə qızışdırmağa da çalışmadı.

 Bu, əslində Qarabağın Azərbaycan ərazisi olmasına Köçəryanın səssiz razılığı kimi dəyərləndirilib.

Əntiqə Rəşid