02 Sentyabr 2024 18:04
75
İDMAN

“Neftçi” Çempionlar Liqası üçün 10 futbolçu transfer etdi

UEFA Çempionlar Liqasının birinci mərhələsində mübarizə aparacaq “Neftçi”nin qadınlardan ibarət komandası heyətini 10 futbolçu ilə gücləndirib.

Klubdan Adalet.az-a verilən məlumata görə, “ağ-qaralar” qapıçı mövqeyinə Aytac Şərifovanı (sonuncu klubu “Trabzonspor” Türkiyə), müdafiəyə Alina Nəhmədova (“Sumqayıt”), Fidan Cəfərova (“Baku Juniors”), Sevgi Sevin Ergen (“Trabzonspor” Türkiyə) və Güzide Alçunu (“Amedspor” Türkiyə), yarımmüdafiə zonasına Eda Nur Özbay (“Bornova Hitab Spor” Türkiyə), Meryem Küçükbirinci (“Trabzonspor” Türkiyə), Şehriban Dülek (“Amedspor” Türkiyə) və Vüsalə Seyfəddinovanı (“Olimpiada İmittou” Yunanıstan), hücuma isə Xanım Əsədovanı (“Sabah”) transfer edib.

Qeyd edək ki, sentyabrın 4-də Gürcüstanın Tsxaltubo şəhərində Avstriyanın “Sankt-Pölten” stadionunda təşkil olunacaq oyun saat 18:00-da başlanacaq.