02 Sentyabr 2024 19:19
91
DÜNYA

İraqdan Türkiyəyə keçmək istəyən 4 terrorçu zərərsizləşdirilib

İraqdan Türkiyəyə keçmək istəyən 4 terrorçu zərərsizləşdirilib.

Adalet.az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya "X" hesabında yazıb.

O bildirib ki, terrorçulardan biri qırmızı, digəri boz kateqoriyada axtarışda olub.

“Paramotorlardan istifadə edərək aksiyaya hazırlaşan və zərərsizləşdirilən 4 terrorçunun şəxsiyyəti müəyyən edilib. Terrorçuların 13 mühafizəçinin şəhid olduğu, 39 mühafizəçi və 6 mülki vətəndaşın yaralandığı, ümumilikdə 22 aksiyada iştirak etdiyi müəyyən edilib”, - paylaşımda vurğulanıb.