02 Sentyabr 2024 13:37
85
DÜNYA

Rumıniya Ukraynaya ZRK-ların verilməsini alqlşlayır

Rumıniya hökuməti Ukraynaya Patriot zenit raket komplekslərinin verilməsi  ilə bağlı qanun layihəsini təsdiq edib. Bu barədə hökumətin saytında məlumat verilib.

 Ukrayna silahlı qüvvələrinə Patriot zenit raket komplekslərinin verilməsiylə bağlı qərar sentyabrın 2-də qəbul olunub. Rumıniya parlamentin təsdiqindən sonra Ukraynaya bir ədəd ZRK-a verilməsini öhtəliyinə götürüb. 

  Ruminya bu ZRK-ların əvəzinə ABŞ-dan yeni komplekslər və onlara sursatlar almağa ümid edir.

 Rüstəm Hacıyev