02 Sentyabr 2024 13:46
83
DÜNYA

Rusiya ABŞ-ın aktivlərini müsadirə edəcək

ABŞ Rusiyanın aktivlərini müsadirə edərsə, Moskva buna cavab olaraq ABŞ-ın Rusiyadakı aktivlərini müsadirə edəcək. Bu barədə Rusiya xarici işlər nazirliyinin iqtisadi əməkdaşlıq üzrə departamentinin direktoru Dmitri Briçevski bəyan edib.

 Rusiyanın prezidenti Vladimir Putin hələ may ayında imzaladığı fərmanda bildirilir ki, əgər ABŞ Rusiyanın aktivlərini müsadirə etmək barədə qərar qəbul edərsə, ölkəsinə dəyən ziyanın əvəzinə Birləşmiş Ştatların və onlarla əməkdaşlıq edən ölkələrin Rusiyada yerləşdirilən aktivləri müsadirə olunacaq.

 Rusiyalı diplomat bildirir ki, hələ ki, formal olaraq Rusiyanın ABŞ-dakı aktivləri və daşınmaz əmlakları müsadirə olunmayıb, yalnız dondurulub. Nominal olaraq bu əmlaklar hələ ki, Rusiysya məxsus olaraq qalmaqdadır: "Biz gələcəkdə atılan addımlara qarşı adekvat addımların atılması üçün hazırlıqlara başlamışıq".

 Amerikan administrasiyası Avropadan Rusiyaya məxsus aktivləri hələ uzun müddətə dondurulmuş vəziyyətdə saxlamağı xahiş edib.

 Rüstım Hacıyev