02 Sentyabr 2024 15:20
90
İDMAN

Mehriban Əliyeva paraatlet Səid Nəcəfzadəni təbrik etdi

Birinci vitse-prezident Mehriban Əliyeva Paraatlet Səid Nəcəfzadəni “Paris-2024” Yay Paralimpiya Oyunlarında qızıl medal qazanması münasibətilə paylaşım edib.

Adalet.az xəbər verir ki, paylaşımda deyilir:

    "Paraatlet Səid Nəcəfzadəni “Paris-2024” Yay Paralimpiya Oyunlarında qızıl medal qazanması münasibətilə təbrik edirəm! Peşəkarlıq və qətiyyət nümayiş etdirən idmançımız Azərbaycan azarkeşlərinin ümidlərini doğrultdu! Çempionu səmimi-qəlbdən təbrik edir, ona yeni nailiyyətlər arzulayıram!"