02 Sentyabr 2024 13:43
82
İDMAN

Səid Nəcəfzadə paralimpiya çempionu oldu

Paris-2024 Yay Paralimpiya Oyunlarının beşinci yarış günündə paratletimiz Səid Nəcəfzadə mübarizəyə qoşulub.

Adalet.az xəbər verir ki, Tokio-2020 Paralimpiadasının bürünc medalçısı, dünya çempionu idmançımız Səid Nəcəfzadə T12 kateqoriyasında uzunluğa tullanma üzrə yarışda 7.27 m nəticə ilə qızıl medal qazanıb.