02 Sentyabr 2024 15:36
76
DÜNYA

Türkiyə BRİKS-ə daxil olmaq üçün müraciət etdi

Türkiyə hökuməti BRİKS-ə daxil olmaq üçün müraciət edib.

Adalet.az xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.

Türkiyə bu yolla dünyada nüfuzunu gücləndirməyə, inkişaf etməkdə olan ölkələrlə əlaqələri genişləndirməyə çalışır.

Təşkilatın genişləndirilməsi məsələsinə BRİKS-in oktyabrın 22-24-də Kazanda keçiriləcək sammitində baxıla bilər.