02 Sentyabr 2024 17:43
79
DÜNYA

Rusiyada daha bir general rüşvətə görə SAXLANILDI

Rusiya Federasiyasının İstintaq Komitəsi Leninqrad Hərbi Dairəsi komandirinin maddi-texniki təminat üzrə müavini, general-mayor Valeri Mumindjanova qarşı “Xüsusilə külli miqdarda rüşvət alma” maddəsi ilə cinayət işi açıb.

Adalet.az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb. 

Müstəntiqlərin fikrincə, Müdafiə Nazirliyinin resurs təchizatı idarəsinin rəisi kimi Mumindjanov podratçılarla qoşunlara geyim formasının tədarükü üçün 1,5 milyard (28 000000 AZN-dən çox) rubldan çox məbləğdə müqavilələr bağlayıb. Bunun üçün hüquq-mühafizə orqanlarının əməkdaşlarının sözlərinə görə, o, 20 milyon rubldan çox rüşvət alıb.

İstintaq Komitəsi hadisənin səbəblərini araşdırarkən onu da müəyyən edib ki, generalın və onun qohumlarının Moskva  və Voronejdə ümumi dəyəri 120 milyon rubldan ( 2 256 000 AZN) çox olan daşınmaz əmlakları var.

Leninqrad Hərbi Dairəsinin rəis müavini artıq saxlanılıb və araşdırılmalar aparılır.