02 Sentyabr 2024 19:36
79
DÜNYA

Türkiyədə itkin düşən azyaşlı ya görə iki nəfər HƏBS OLUNDU

Türkiyədə on gündən yuxarıdır itkin düşən 8 yaşlı qızın əmisi həbs olunub.

Adalet.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.  Bildirilib ki, avqustun 21-də itkin düşən 8 yaşlı Narın Güranın axtarışları davam edir.

Qeyd olunub ki, aparılan istintaq tədbirləri nəticəsində azyaşlının əmisi və icra nümayəndəsi məhkəmə qərarı ilə həbs olunub.