02 Sentyabr 2024 12:12
65
DÜNYA

Putin uşaqlardan ondan nümunə götürməmələrini istədi - VİDEO

Rusiya Prezidenti Vladimir Putin dərs ilinin başlanması münasibəti ilə məktəblərin birində “Vacib söhbət” adlı açıq dərs keçirib.

Adalet.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Putin şagirdlərlə söhbət zamanı gündə cəmi dörd saat yatdığını bildirib və uşaqlardan ondan nümunə götürməmələrini istəyib.

"Nümunə yaxşı deyil - mən bu gün dörd saat yatdım, bu kifayət deyil. İş günümü təşkil edə bilmədiyim üçün adətən altı saat yatıram. Lakin mən hesab edirəm ki, hər bir insan tənqidi yanaşmağı bacarmalıdır" - deyə,o, əlavə edib.