02 Sentyabr 2024 14:01
76
SİYASƏT

YAP-ın seçkilərdə 68 namizədi liderdir

Azərbaycanda sentyabrın 1-də keçirilən növbədənkənar parlament seçkilərinin ilkin açıqlanan nəticələrinə görə Yeni Azərbaycan Partiyasının (YAP) 68 namizədi liderdir.

Adalet.az verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının saytında məlumat yerləşdirilib.

İlkin açıqlanan nəticələrə görə, 45 nəfər bitərəf namizəd öz dairələrində qalib gəliblər.

Qeyd edək ki, artıq seçki məntəqələrinin 100 faizi yekun protokollarını Mərkəzi Seçki Komissiyasına təqdim ediblər.