02 Sentyabr 2024 15:48
75
SİYASƏT

Ermənistan demarkasiya komissiyalarının əsasnaməsini təsdiq edəcək

Ermənistan və Azərbaycanın sərhəd demarkasiyası komissiyalarının birgə fəaliyyətinin əsasnaməsi dərc olunub. 

Adalet.az xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb. 

Əsasnamə Ermənistan hökuməti tərəfindən təsdiq edilməli və sonra sənədin konstitusiyaya uyğunluğunu müəyyən etmək üçün Konstitusiya Məhkəməsinə təqdim edilməlidir. Yalnız məhkəmənin qərarından sonra reqlament Milli Məclisdə ratifikasiya edilməlidir.

Sənəd Azərbaycanda da təsdiqlənməlidir.

Qeyd edək ki, sentyabrın 5-də hökumətin növbəti iclasının gündəliyinə Ermənistan və Azərbaycan arasında dövlət sərhədinin demarkasiyası komissiyalarının birgə fəaliyyəti haqqında əsasnamənin təsdiq edilməsi haqqında Ermənistan Respublikası qanun layihəsi daxil edilib.

Xatırladaq ki, Ermənistan və Azərbaycan arasında dövlət sərhədinin demarkasiyası komissiyalarının bu il aprelin 19-da keçirilmiş 8-ci iclasının protokoluna uyğun olaraq, Komissiyalar birgə fəaliyyətə dair əsasnamənin razılaşdırılması işini başa çatdırıblar.

Avqustun 30-da Komissiyaların birgə fəaliyyəti haqqında Əsasnamə müvafiq qaydada imzalanıb. Ermənistan Respublikası və Azərbaycan Respublikası daxili prosedurların həyata keçirilməsinə başlayıb.