02 Sentyabr 2024 14:07
81
SİYASƏT

Səsvermə prosesində seçici fəallığı məlum olub - RƏSMİ

Azərbaycanda dünən keçirilən növbədənkənar parlament seçkiləri ilə bağlı səsvermə prosesində seçici fəallığı məlum olub.

Adalet.az-ın Mərkəzi Seçki Komissiyasının saytına istinadən xəbərinə görə, respublika üzrə seçici fəallığı 37,24 faiz olub.

    Qeyd edək ki, növbədənkənar parlament seçkilərində səsverməyə dünən saat 08:00-da start verilib. Səsvermə saat 19:00-da başa çatıb. Səsvermənin gedişi və nəticələri barədə alınan məlumatlar hüquqi əhəmiyyət daşımayan ilkin məlumatlar hesab edilir.

    Son məlumata görə, respublika üzrə seçicilərin sayı 6 421 960 nəfərdir.