02 Sentyabr 2024 13:42
175
GÜNDƏM

Paşinyanın  Zəngəzur səfəri: O, vaxtıilə Azərbaycanlıların  yaşadığı  Vağudiyə niyə gəlib?

 Ötən gün Ermənistan mediası xəbər yaymışdı ki, Baş naziri Nikol Paşinyan sabah, sentyabrın 2-də Kirantsa səfər edəcək.
Xəbəri isə mediaya Kirants sakinləri ötürmüşdü. Paşinyan Azərbaycanla sərhədin 50 metrliyində yerləşən Kirantsda yeni məktəbin açılışında iştirak edəcəyi də kirantıslılara hökümət dairələrindən xəbər verilmişdi.
Amma bu gün media yazır ki, Paşinyan hazırda Zəngəzur mahalının Qarakilsə (Sisian) şəhərindədir.

Paşinyan Vaqatin icmasının yeni tikilən məktəbinin açılış mərasimində iştirak edir.
Qeyd edək ki, Zəngəzur qəzasında, indiki Sisian rayonunda əvvəlki adı Vaqudi olan və  adı dəyişdirilərək Vaqatin olan kənd rayon mərkəzindən 9 km cənub-şərqdədir Tədqiqatçıların və araşdırmaçıların bildirdiyinə görə Bazarçay çayının sol sahilində, Ağudi kəndindən 3 km məsafədə yerləşən bu kənd Qafqazın 5 verstlik xəritəsində qeyd edilib. Vağudi adlı 3 kənd olmuşdur: I Vağudi, II Vağudi, III Vağudi. Vağudi kəndi həmin 3 Vağudi adlı kəndlərinin birləşməsindən yaranıb.

Vagudi kəndinin 1918-ci ildə 1330 nəfər əhalisi olub. Kənd əhalisinə böyük zülm edilib, 15 gözəl qız təhqir edilərək öldürülüb. Kənd dagılarkən sıgınacaq axtaran 400 müsəlman məscidə doldurulub, əvvəlcə pəncərədən əldəqayırma bomba atılıb, sonra isə məscidə od vurulub bütün adamlar yandırılıb. Qadınların döşünü kəsmib, xəstələri yataqda doğrayıblar.

 Hazırda  Azərbaycan layihəsi olan "Böyük Qayıdış"la  bu kəndin əvvəllki  əhalisinin geri  qaytarması məqsədi  erməniləri çox narahat edir.

 Əntiqə Rəşid