02 Sentyabr 2024 12:58
159
GÜNDƏM

Keşiş Baqrat sərsəmlədi: "Qarabağı  müvəqqəti itirmişik..."

 “Vətən üçün Tavuş hərəkatı”nın başçısı Baqrat Qalstyan bu gün, 2 sentyabr, qondarma “artsaxın müstəqillik günü”ndə Yerablurda müharibədə erməni qırılmaşlarını ziyarət edib.
O, jurnalistlərlə söhbətində deyib ki, Qarabağı  müvəqqəti itirmişik: “Bizim üçün bu, yalnız xatırlamaq üçün deyil,  2 sentyabr özümüzə xatırlatmaq üçün əhd günüdür. Bu gün “artsax”ın itirilməsi, məncə, bizim üçün müvəqqəti olsa da , birbaşa şərəfsizlikdir, eyni zamanda oğurlanmış sevincin reallığı bizi dünyanın deyəcəklərinə və ya bu daxili düşmənə, hazırkı hökumət qarşı mübarizəyə sövq etməlidir.


Qeyd edək ki, keşiş Baqrat Qalstanyan və arxasında duran qüvvələr Qarabağ ermənilərinin liderlərini (separatçılar) hərəkat ətrafında səfərbər etmək niyyətindədir. Revanşistlərin lideri Baqrat Qalstanyan Ermənistanda sentyabrın 4-də böyük mitinq olacağını da elan edib.

 Əntiqə Rəşid