Kolleclərə qəbul üzrə ixtisas seçiminin vaxtı açıqlandı
Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul üçün ixtisas seçimi davam edir.
Adalet.az xəbər verir ki, Dövlət İmtahan Mərkəzindən (DİM) bildirilib ki, abituriyentlər ixtisas seçimini avqustun 9-u saat 23:59-dək tamamlamalıdırlar.
Namizədlər müəyyən edilmiş müddət ərzində qəbul olmaq istədikləri ixtisasların kodlarını "Abituriyentin elektron ixtisas seçimi ərizəsi"nə daxil etməli və ərizəni təsdiqləməlidirlər.
DİM-in məlumatına əsasən, avqustun 7-si saat 10:05-ə qədər 7452 abituriyent elektron ixtisas seçimi ərizəsini təsdiqləyib. Onlardan 7099 nəfər Azərbaycan, 353 nəfər isə rus bölməsi üzrə müraciət edib.
Qeyd olunub ki, kolleclərə qəbul aparılan ixtisaslar, plan yerləri və ixtisas seçimi ilə bağlı digər məlumatlar "Abituriyent" jurnalının 3-cü sayında dərc edilib.
Abituriyentlər ixtisas seçimi zamanı DİM-in abituriyent məsləhət mərkəzlərindən də ödənişsiz yararlana bilərlər. Bu mərkəzlər bir sıra ali təhsil müəssisələrində və DİM-in regional bölmələrində fəaliyyət göstərir.
Müsabiqədə yalnız elektron ixtisas seçimi ərizəsini təsdiq edən şəxslər iştirak edə biləcək.
Digər Xəbərlər
10 Sentyabr 2026 17:47
Bakı Türk Anadolu Liseyində yeni laboratoriya istifadəyə verilib
10 Sentyabr 2026 16:14
Azərbaycanlı qadına ABŞ-də yüksək vəzifə verildi
10 Sentyabr 2026 11:08
“Bəs biz neçə tədris ili irəlidəyik?”
10 Sentyabr 2026 09:43
Universitetlərimizin tələbə coğrafiyası 120-yə yaxın ölkəni əhatə edib
09 Sentyabr 2026 17:00
Özəl bağçalara uşaqların qeydiyyatı başlayır
09 Sentyabr 2026 13:23
“Şəhərsalma və Memarlıq: Gələcəyə Baxış” mövzusunda tədbir keçirilib
08 Sentyabr 2026 13:32
Azərbaycandan Gürcüstana 22 mindən çox dərslik göndərilib
08 Sentyabr 2026 12:08


Bakı -°C

