26 Sentyabr 2025 15:58
155
DÜNYA

"Konstitusiya dəyişiklikləri prosesinə 2020-ci ildə başlamışıq" - Simonyan

"Müxalifətin rəhbər tutduğu “Kimin pulu çox olsa, haqlıdır” məntiqi demaqogiyadır". 

Adalet.az xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib.

Spiker hakimiyyətin əvvəlki büdcə ilə müqayisədə müdafiə xərclərini azaltmaq planlarına toxunub: "Daha çox xərcləmək lazım deyil, əsas odur ki, səmərəli xərclənsin. Daha çox xərcləmək başqa, səmərəli xərcləmək və oğurlamamaq başqa. Oğurluğa gəlincə, müxalifət şərh versin". 

Simonyan vurğulayıb ki, hakimiyyət konstitusiya dəyişiklikləri prosesinə 2020-ci ildə koronavirusdan əvvəl başlayıb. O, əmin edib ki, heç kimdən heç bir tələb yoxdur, Ermənistan bunu nəzərə alıb və onun əsasında qərar verib.